2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2810 hektar sahədən 125 min ton şəkər çuğunduru yığılıb.
"İki sahil”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.6% və ya 28 590 ton azalıb. 2022-ci ilin yanvar-oktyabr aylarında 2841 hektar sahədən 153 641 ton məhsul yığılıb.
Qeyd edək ki, bu dövrdə hər hektar sahədən 445 sentner şəkər çuğunduru yığılıb ki, bu son bir ildə 95 sentner, yaxud 21.3% az. Belə ki, 2022-ci ilin 10 ayında məhsuldarlıq hər hektar üçün 540 sentner təşkil edib.
Əlavə edək ki, hesabat dövründə ən çox şəkər çuğunduru Tovuz (54 266 ton), Hacıqabul (27 743 ton) və Yevlax (2126 ton) rayonlarından yığılıb.b
Mərkəzi Bank "Citigroup"la valyuta ehtiyatlarının idarəedilməsini müzakirə edib
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb