Azərbaycanda ortamüddətli perspektivdə xərclərin artımının dayanıqlı gəlir mənbələri ilə uzlaşdırılması, Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin dayanıqlı səviyyədə saxlanılması təmin olunacaq.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov bildirib.
O, bildirib ki, büdcə xərclərinin effektivliyinin qiymətləndirilməsi, büdcə vəsaitlərindən təyinatı üzrə istifadəsinə nəzarət məqsədilə Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi ilə bağlı islahatlar davam etdiriləcək: "Ortamüddətli dövrdə makro-fiskal siyasət çərçivəsində icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin tədricən azaldılaraq tənzimlənməsi nəzərdə tutulur. Bu da inflyasiyaya azaldıcı təsir göstərən faktorlardan biridir".
"Daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində aidiyyəti qurumlarla birgə "Qiymət İzləmə Sistemi"nin tətbiqi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti subyektiv səbəblərə yol verən bazar subyektlərinə qarşı nəzarət tədbirlərini gücləndirəcək və ciddi tədbirlər görəcək. Rəqabət Məcəlləsinin qəbul olunması da bu proseslərə təkan verəcək", - deyə hökumət başçısı əlavə edib.
Mərkəzi Bank "Citigroup"la valyuta ehtiyatlarının idarəedilməsini müzakirə edib
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb