Xankəndinin mərkəzi meydanın Zəfər meydanı adlandırılması təklif edilib.
“İki sahil” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib ki, ciddi proseslər gedir, Azərbaycana qarşı ən yüksək səviyyədə təzyiqlər olsa da, Azərbaycan öz yolu ilə uğurla getməkdədir.
Deputat bildirib ki, atılmış hər bir addım Azərbaycan xalqının iradəsinə söykənir: “Keçmiş Dağlıq Qarabağ ərazisində ermənilər Azərbaycan toponimlərini əcaib adlarla dəyişib. Gələcəkdə Siyavuş Novruzovun rəhbəri olduğu bu komitə bu adları bərpa edəcək. Xankəndinin mərkəzində olan meydanın adının Zəfər meydanı adlandırılması əhəmiyyətli hadisə olardı. Həmin meydanda qəhrəman hərbiçilərimizin monumentinin nümayiş etdirilməsi yaxşı olardı”.
Mərkəzi Bank "Citigroup"la valyuta ehtiyatlarının idarəedilməsini müzakirə edib
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb