Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyətlərə lisenziya verilməsinə görə dövlət rüsumları müəyyənləşir.
“İki sahil”in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
“Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyətin aşağıdakı növlərinə görə dövlət rüsumu tutulacaq:
ödəniş təşkilatı fəaliyyəti - 2000 manat
elektron pul təşkilatı fəaliyyəti - 3000 manat
ödəniş sistemi operatoru fəaliyyəti - 2500 manat.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Mərkəzi Bank "Citigroup"la valyuta ehtiyatlarının idarəedilməsini müzakirə edib
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb