Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2 554 ədəd yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb.
“İki sahil” xəbər verir ki, bunu yerli Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov bildirib.
Onun sözlərinə görə, 11 ay ərzində belə aparatlarla qeydə alınan dövriyyə 175,7 milyon manatdan çox olub.
“Hesabat dövründə ƏDV ödəyicilərinin sayı 518-ə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 % çoxdur. Qeydiyyatdan keçmiş POS-terminalların sayı 1 038-ə bərabər olub ki, bu da 1 il əvvələ nisbətən 28 % çoxdur. Yanvar-oktyabr aylarında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 652,2 min manatdan çox, təkcə oktyabr ayında isə 98,9 min manat ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə oktyabr ayında istehlakçılara qaytarılan məbləğ 4,7 dəfə artıb", - deyə xidmət rəisi əlavə edib.
Mərkəzi Bank "Citigroup"la valyuta ehtiyatlarının idarəedilməsini müzakirə edib
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb