Azərbaycanın aparıcı maliyyə institutu “PAŞA Bank” kiçik və orta sahibkarlığa dəstək məqsədilə yeni kredit kampaniyasına start verib.
Kampaniyanın əsas məqsədi il sonuna doğru kiçik və orta sahibkarlarda vəsait tələbinin artması, həmçinin bayramlar öncəsi tədarük və təchizat prosesində yarana biləcək ehtiyacların qarşılanmasının operativ həllidir.
Belə ki, 31 dekabr tarixinədək davam edən kampaniya çərçivəsində onlayn biznes kreditinə müraciət edən biznes sahibləri krediti 1.5% deyil 0.9% birdəfəlik komissiya ilə əldə edə bilərlər. Onlayn biznes kreditləri üzrə faiz dərəcəsi 12%-dən başlayaraq, 250.000 AZN-dək məbləğdə təqdim olunur. Onu da qeyd edək ki, kredit vəsaiti sahibkarlardan girov tələb olunmadan rəsmiləşdirilir.
Bu endirim yalnız kampaniya müddəti ərzində onlayn kredit müraciətini tam formada yekunlaşdıran sahibkarlara şamil olunacaq.
“PAŞA Bank”ın onlayn biznes kreditinə indi müraciət edin və cəmi 1 iş günü ərzində qərar haqqında bildiriş alın.
Mərkəzi Bank "Citigroup"la valyuta ehtiyatlarının idarəedilməsini müzakirə edib
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb