Bu ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasında 876 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib.
Bundan başqa, məlumata görə, ay ərzində 689 texniki sənəd hazırlanıb, ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 93 daşınmaz əmlaka ünvan verilib. Naxçıvanda Ünvan Reyestri İnformasiya Sisteminin fəaliyyətinin təmin edilməsi, qanunvericiliyə uyğun ünvan məlumatlarının yenilənməsi, sistemləşdirilməsi məqsədi ilə Babək və Şahbuz şəhərlərinin yeni ünvan xəritələrinin layihəsi hazırlanıb.
Daxil olan vətəndaş müraciətlərinə əsasən ötən ay əmlakların məhdudiyyət və yüklülüyünə dair 153 arayış verilib, müvafiq dövr ərzində hüquqi və fiziki şəxslərdən elektron xidmətlərə 105 müraciət daxil olub. “ASAN xidmət” Mərkəzində göstərilən müvafiq xidmət növləri üzrə ümumilikdə 736 müraciət icra üçün qəbul olunub.
Hesabat ayı ərzində kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 925 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib, 4 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binası sənədləşdirilib.
Muxtar respublikanın bir sıra yaşayış məntəqələrində əmlak qeydiyyatı ilə bağlı əlçatanlığın təmin edilməsi və vətəndaşların xidmətlərdən yararlanması məqsədilə səyyar xidmətlər də təşkil olunub.
Mərkəzi Bank "Citigroup"la valyuta ehtiyatlarının idarəedilməsini müzakirə edib
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb