08 dekabr 2023 00:57
587

Hansı orqanlarsız da yaşamaq olar?

İnsan bədəninin müxtəlif sistemləri həyat üçün zəruri olan funksiyaları yerinə yetirir.

Ancaq Çin alimlərinin müəyyən etdikləri kimi, insanlar bəzi orqanlar olmadan da yaşaya bilərlər. Onların araşdırmalarının nəticələri “Communications Chemistry” jurnalında geniş dərc olunub.

Belə ki, insan appendiks və öd kisəsi çıxarıldıqdan sonra dinc yaşamağa davam edə bilər. Bunlar kifayət qədər ümumi əməliyyatlardır. Onlardan sonra müəyyən pəhrizlərə və digər məhdudiyyətlərə əməl etsəniz, həyat keyfiyyəti pisləşmir.

Alimlər bildiriblər ki, bundan əlavə, mədə olmadan və bir ağciyər və ya bir böyrək olmadan da yaşamaq mümkündür.

Nubar Süleymanova, "İki sahil"