09 dekabr 2023 20:29
267

Cəlilabadda yol qəzası olub

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, ilkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb.

Onlar Sumqayıt şəhər sakinləri, 1968-ci il təvəllüdlü Diləfruz Mirzəyeva və 1952-ci il təvəllüdlü Təyibə Səmədovadır.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.