09 dekabr 2023 20:36
282

Abşeronda yol qəzasında bir nəfər ölüb

Abşeronda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə "Saray yolu" adlanan ərazidə qeydə alınıb.

"KİA" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində ikincinin sürücüsü hadisə yerində ölüb.

Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.