Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə rayonunun Udul kəndində qeydə alınıb.
"VAZ 2107" markalı avtomobil yolda iki nəfəri vurub.
Onlardan biri yüngül xəsarət alsa da, digər piyada - Udul kənd sakini, 2005-ci il təvəllüdlü Xociyev Pünhan Ehtiram oğlu aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.