11 dekabr 2023 12:03
190

Hindistan Ali məhkəməsi Cammu və Kəşmirin xüsusi statusunun ləğvini dəstəkləyib

Hindistan Ali məhkəməsi Cammu və Kəşmirin xüsusi statusunun ləğv edilməsi haqqında qanunu dəstəkləyib.

"İki sahil” TASSa istinadən xəbər verir ki, bu barədə Hinsidtan Ali Məhkəməsinin sədri Yeşvant Çandraçud bildirib.

Məlumata görə, Hindistan parlamenti 2019-cu ildə Cammu və Kəşmirin xüsusi statusunun ləğvinin lehinə səs verməsi nəticəsində ölkə konstitusiyasına uyğun əlavə edib.

Onun sözlərinə görə, Cammu və Kəşmir əyaləti ölkənin digər ştatlarının istifadə etdiyi səlahiyyət və hüquqlardan fərqli heç bir daxili suverenliyi yoxdur: “ 370-ci maddə dövlət suverenliyinin deyil, asimmetrik federalizm sisteminin bir hissəsi idi”.

Qeyd edək ki, 2019-cu ildə bölgənin muxtariyyət statusunun ləğvi Hindistanla Pakistanın münasibətlərinin pisləşməsinə səbəb olub.