11 dekabr 2023 12:57
266

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Bu gün Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin kollektivi Ulu Öndərin anım günü ilə əlaqədar Fəxri Xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər qoyublar.

“İki sahil” xəbər verir ki, Əməkdar elm xadimi, görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın da məzarı önünə güllər qoyulub, böyük alimin əziz xatirəsinə hörmət və ehtiram ifadə edilib.