11 dekabr 2023 13:14
123

Çində əlverişsiz hava şəraiti nəqliyyatın fəaliyyətində problemlər yaradıb

Çinin şimalında yağan güclü qar nəqliyyatda ciddi problemlər yaradıb.

“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd edilib ki, 12 əyalətdə güclü qar səbəbindən 95 magistral yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Şansi əyalətində qatarların hərəkəti qismən dayandırılıb. Bəzi əyalətlərdə aeroportlar müvəqqəti bağlanıb, üç şəhərdə dərslər ləğv edilib.

Məlumata görə, bu gün hava şəraiti ilə əlaqədar Pekin aeroportunda 59 reys təxirə salınıb.