11 dekabr 2023 13:19
190

Ermənistanın hakim partiyasının deputatı: Revanşist əhval-ruhiyyəni gücləndirənləri ölkənin taleyi düşündürmür

Ermənistanda revanşist əhval-ruhiyyəni gücləndirmək istəyən xarici qüvvələr var.

“İki sahil” xəbər verir ki, bunu Ermənistanda hakim “Mülki Müqavilə” partiyasının deputatı Gevorq Papoyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın mövcudluğu həmin qüvvələri maraqlandırmır: “Biz üçüncü güclərin əlində alətə çevrilməməliyik”.

Parlamentarinin sözlərinə görə, Ermənistan güclənmək və möhkəm dövlətçiliyə sahib olmaq istəyirsə, qonşularla dialoq aparmalıdır.

Deputat Azərbaycanla sülh müqaviləsinin Ermənistana lazım olduğunu diqqətə çatdırıb.