11 dekabr 2023 13:27
166

Kürdəmirdə ağır yol qəzası baş verib

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin sürücüsü Həsənov Cabir Əli oğlu həmin yolda dönmə əməliyyatı edərkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol dairəsinə, sonra yol kənarındakı beton lövhəyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan bir ailənin üzvləri - 55 yaşlı Həsənova Raisə Sədi qızı, 31 yaşlı Həsənov Hafiz Əli oğlu və sürücü - 32 yaşlı Həsənov Cabir Əli oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.