Argentinanın yeni seçilmiş Prezidenti Argentina Xavyer Miley ilk fərmanı ilə ölkədəki nazirliklərin sayını 19-dan 9-a endirib.
“İki sahil” xəbər verir ki, bu barədə yerli “Buenos Aires Herald” nəşri yazıb.
Prezidentin təqdim etdiyi yeni siyahıya əsasən fəaliyyət göstərəcək nazirliklər arasında Daxili İşlər, Xarici İşlər, Beynəlxalq Ticarət, Müdafiə, İqtisadiyyat, İnfrastruktur, Ədliyyə, Təhlükəsizlik, Səhiyyə və İnsan Kapitalı Nazirlikləri yer alır.
Xatırladaq ki, Xavyer Miley dünəndən Argentina Prezidenti vəzifəsinin icrasına başlayıb.