Bu ilin ilk 9 ayı ərzində Gürcüstanda 52 nəfər qətlə yetirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) hesabatında bildirilib. Qeyd olunub ki, qətl işlərinin 47-si Gürcüstan DİN tərəfindən açılıb.
Statistikaya əsasən, cari ilin 9 ayı ərzində 5 ana öz yeni doğulmuş körpəsini qətlə yetirib.
Ümumilikdə 982 intihara sövq və 141 ehtiyatsızlıqdan adamöldürmə halı qeydə alınıb.