11 dekabr 2023 14:30
243

Azərbaycanda qofro karton qutu istehsalına 900 min manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu “Flazer” MMC-yə qofro karton qutu istehsalının inkişafı layihəsi üçün 900 min manat güzəştli kredit verib.

“İki sahil” xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Sahibkarlığın İnkişafı Fondu “Flazer” MMC-yə qofro karton qutu istehsalının inkişafı layihəsi üçün 900 min manat güzəştli kredit verib”, - deyə nazir bildirib.