Azərbaycan dəmir yollarında qadınların yeni uğur hekayəsi yazılır — ilk qadın maşinist köməkçilərimiz artıq yarım ildir ki, bu məsuliyyətli və çətin işin öhdəsindən uğurla gəlirlər.
“İki sahil” xəbər verir ki, güclü istək və əzmləri ilə onlar sübut edirlər ki, qadınların gücü və iradəsi üçün heç bir sərhəd yoxdur. Əməkdaşlarımız bir il təcrübə topladıqdan sonra maşinist vəzifəsi üçün imtahan verəcəklər.
Azərbaycanın ilk qadın maşinistləri olaraq tarix yazmağa yaxın olan əməkdaşlarımızla qürur duyur, fəaliyyətlərində uğurlar arzulayırıq!
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub