11 dekabr 2023 15:09
180

Qəzza zolağında ölən israilli hərbçilərin sayı açıqlanıb -  YENİLƏNİB

Qəzza zolağında ölən israilli hərbçilərin sayı 430-a çatıb

Qəzza zolağında 7 oktyabrdan indiyə kimi ölən israilli hərbçilərin sayı 430-a çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) rəsmi saytında dərc edilib.

Məlumata əsasən, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi yerüstü hərbi əməliyyatlar nəticəsində ötən gün 8 hərbçi ölüb və bununla da ümumilikdə 430 israilli hərbçi həyatını itirib.

***

İsrail Ordusu Qəzzada hərbi əməliyyatlar zamanı daha dörd əsgərini itirib.

"İki sahil" TASS-a istinadən xəbər verir ki, əsgərlərin itkisi əsasən Qəzza zolağının cənub istiqamətində baş verib.

Bununla da İsrail Ordusunun noyabrın sonundan Qəzza zolağında keçirdiyi quru əməliyyatları zamanı itirdiyi hərbçilərin sayı 102-ə çatıb. Yaralanan hərbçilər isə 550 olub.