11 dekabr 2023 16:27
148

Papuaşvili: Gürcüstan və Azərbaycan arasında xüsusi strateji tərəfdaşlıq münasibətləri var

Gürcüstan və Azərbaycan arasında xüsusi strateji tərəfdaşlıq münasibətləri var.

“İki sahil” xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra deyib.

O, bildirib ki, Prezident İlham Əliyevlə görüş ənənəvi olaraq isti və faydalı əhval-ruhiyyədə keçib. Əlavə edib ki, söhbət planlaşdırılandan uzun çəkib və ikitərəfli əlaqələr, həmçinin regional sülh baxımından vacib olan bütün məsələlər müzakirə edilib.