27 avqust 2026 02:02
97

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Zelelnski X sosial səhifəsində yazıb.

“Ukraynanı qlobal diqqət mərkəzində saxladıqlarına görə Argentina, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Avropa Şurası, Çexiya, Ekvador, Avropa Birliyi, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İraq, İrlandiya, İsrail, İtaliya, İordaniya, Latviya, Litva, Lüksemburq, Moldova, Monteneqro, Şimali Makedoniya, Filippin, Polşa, Portuqaliya, Koreya Respublikası, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, Tayland, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları və Vyetnama minnətdaram. Hər bir dəstək jesti vacibdir", - deyə Ukrayna Prezidenti bildirib.

Zelenski daha sonra qeyd edib: “Ukraynanın müstəqilliyinin bərpasının 35-ci ildönümü ilə bağlı Ukrayna və ukraynalılar haqqında fikirlərinizi yüksək qiymətləndiririk”.