Növbədənkənar prezident seçkilərinin keçirilməsi yeni geosiyasi reallıqları özündə əks etdirir. Müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində seçki keçiriləcək. Tam əminliklə növbədənkənar prezident seçkilərini Zəfər seçkisi adlandırmaq olar. Bütün xalqımız Prezidentimizin ətrafında birləşdi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi.
Bu sözləri politoloq İlyas Hüseynov “İki sahil”ə açıqlamasında deyib.
İ.Hüseynov bildirib ki, yeni reallıq müstəvisində növbədənkənar prezident seçkilərinin müstəsna əhəmyyəti var. "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbul olunmasından sonra siyasi partiyaların dövlət qeydiyyatına alınması prosesi tamamlandı və potensialı, elektoratı, seçki təcrübəsi olan hər bir siyasi qüvvə bu seçkilərdə iştirak edə bilər və onlar üçün də universal, hərtərəfli fürsət yaranıb. Amma qərəz və manipulyasiya alətlərindən istifadə edən radikal qüvvələr hər zaman olduğu kimi öz narazılıqlarını ifadə edərək populizmdən istifadə edir. Bu isə tamamilə yolverilməzdir, onların ictimai rəyə təsir etmək gücü yoxdur.
Politoloq qeyd edib ki, Vətən müharibəsi zamanı cənab Prezidentin ətrafında sıx birləşən Azərbaycan xalqı bu seçkilərdə qalib Prezidentə dəstəyini göstərəcək. Regionda yeni reallıqlar yaradan cənab Prezident regional müstəvidə sülhün qorunmasının tərəfdarıdır. Eyni zamanda, qlobal miqyasda da təhlükəsizlik sisteminin gücləndirilməsi üçün təşəbbüslərlə çıxış edən liderdir. Cənab Prezidentlə bu gün dünya miqyasında hər kəs hesablaşır, Onun rəyini qəbul edir. Cənab Prezidentin iştirakı olmadan regional və qlobal müstəvidə hər hansısı böyük tədbir keçirilmi. Bütün bunlar Prezidentimizin şəxsi imicindən, yüksək nüfuzundan, xalqın Ona yüksək inamından və etimaddan xəbər verir. Zənnimcə, bu seçkilər vətəndaşlarımızın seçkilərdə yüksək fəallığı ilə yadda qalacaq. Xalq öz Liderinə yenidən etimad göstərəcək.
Yaqut Ağaşahqızı, “İki sahil”