13 dekabr 2023 00:29
522

Hormonal disbalans: Niyə ani çəki dəyişikliklərindən qaçmalısınız?

Hormonal sistemin düzgün işləməsi əsasən qidalanmağınızdan asılıdır. Nə üçün yeməkləri vaxtında yemək və uzun müddət ac qalmaqdan çəkinmək vacibdir? Sürətli kilo itkisi hormonal balanssızlığa necə səbəb ola bilər? Doktor Aleksandr Myasnikov bu sualları “Rossiya” kanalının “Ən vacibi haqqında” proqramında cavablandırıb.

Araşdırmalar göstərir ki, insanın çəkisi hormonal sistem tərəfindən idarə olunur. Disbalansın qarşısını almaq üçün düzgün və müntəzəm yemək, həmçinin aclıq dövrlərindən və qəfil çəki dəyişmələrindən qaçmaq vacibdir.

Doktor Myasnikovun vurğuladığı kimi, hormonal sistemimiz sabit çəki üçün çalışır və onu saxlayır. Ancaq tərəzidəki rəqəm kəskin şəkildə azalırsa və sonra yenidən yüksəlirsə, bədən artan çəkini normal hesab etməyə başlayır, bu da bəzən arıqlamaq üçün sonrakı cəhdləri çətinləşdirir.

Bu vəziyyətdə düzgün bəslənmə ilə yanaşı, tibbi müdaxilə də tələb oluna bilər. Eyni zamanda, müntəzəm məşq haqqında unutmayın.

“Nə yediyinizə, nə vaxt yediyinizə, harada və kiminlə yediyinizə diqqət yetirin”, - deyə mütəxəssis xatırladıb.

Nubar Süleymanova, “İki sahil”