13 dekabr 2023 14:04
187

Qərb Rusiyanın MDB ölkələri ilə əlaqələrini pozmağa çalışır- Lavrov

Qərb Rusiyanın MDB ölkələri ilə əlaqələrini pozmağa çalışır.

“İki sahil” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında "Hökumət Saatı"nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya Qərb dövlətləri ilə mübahisə etmək istəməyib.

"Lakin indi onlar Moskvanın MDB ölkələri ilə əlaqələrini pozmağa çalışır və həssas sferalara “soxulurlar”. Qərb dövlətlərinin nümayəndələri dünyanın hər tərəfinə qaçır və ölkələri Rusiya ilə qarşılıqlı əməkdaşlığa görə qorxudurlar", deyə Rusiya XİN başçısı vurğulayıb.