Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə Küveyt dövlət televiziyası məlumat yayıb. Televiziyanın efirində Şeyx Nəvafın ölümü ilə bağlı Küveyt əmirinin dəftərxanasının rəsmi bəyanatı oxunub.
Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 2020-ci ildən Küveytin əmiri idi. O, bir müddət əvvəl səhhətində yaranmış problemlər səbəbindən xəstəxanaya yerləşdirilmişdi