19 dekabr 2023 15:27
247

ABŞ Danimarka ilə hərbi əməkdaşlıq sazişini imzalayıb

ABŞ və Danimarka ikitərəfli hərbi əməkdaşlıq haqqında saziş imzalayıb.

"İki sahil" TV2 telekanalına istinadən xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette-Frederiksen bildirib.

Onun sözlərinə görə, ABŞ və NATO İkinci Dünya müharibəsindən bəri Danimarkanın təhlükəsizliyinin zəmanətçisi olaraq qalır: "Saziş yeni bir irəliləyişə işarə edir. Bu o deməkdir ki, ABŞ əsgərləri və texnikası Danimarka ərazisində daimi yerləşdirilə bilər".

Qeyd edək ki, ötən gün ABŞ analoji sazişi Finlandiya ilə imzalayıb.