23 dekabr 2023 13:44
639

Əziz Ələkbərli: Avropalılar Qərbi Azərbaycan həqiqətləri haqqında çox az məlumatlıdır

"Avropalılar Qərbi Azərbaycan həqiqətləri haqqında çox az məlumatlıdır".

“İki sahil” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.

"Bu il ərzində Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə xeyli dərəcədə çatdırmağa nail olduq. Qarşıdan gələn ildə də bu istiqamətdə işlər davam etdiriləcək. Çünki qarşımızda çox böyük vəzifələr durur. Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində çox işlər görmək lazımdır. Ona görə ki, Avropa insanı Qərbi Azərbaycan həqiqətləri haqqında çox az məlumatlıdır. Bu baxımdan gələcəkdə xarici ölkələrdəki səfirliklər, nümayəndələr və təşkilatlarla nə cür işləməli olduğumuzu da planlaşdırmışıq", - o bildirib.