29 dekabr 2023 19:25
261

Qazaxıstanda qar fırtınası nəticəsində 16 avtomobil toqquşub, ölən var

Qazaxıstanın Akmola vilayətində günlərdir davam edən güclü qar fırtınası nəticəsində zəncirvarı qəza baş verib.

“İki sahil” xəbər verir ki, qəza zamanı 7-si yük avtomobili olmaqla, 16 nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində qəzaya uğrayan avtomobillərdən birinin 28 yaşlı sürücüsü hadisə yerindəcə həyatını itirib, 5 nəfər ağır yaralanıb.