02 yanvar 2024 11:31
1529

Ulu Öndər Naxçıvanda Hərbi Hospitala gələrək milli kadr siyasəti ilə bağlı ciddi tapşırıqlar verdi - Natiq Əliyev danışır/VİDEO

Real TV-nin "Profil" layihəsində qonaq olmuş general-mayor Natiq Əliyev Ümumulli Lider Heydər Əliyevin Naxçıvan Ali Məcslinin Sədri olarkən çoxşaxəli fəaliyyəti, xüsusilə Hərbi Hospitala göstərdiyi yüksək diqqətdən danışıb.

“İki sahil” xəbər verir ki,  general-mayor Natiq Əliyev müsahibəsində qeyd edib ki, Heydər Əliyev Naxçıvan Ali Məclisinə Sədr seçiləndə Naxçıvan Hərbir Hospitalında milli kadr çatışmazlığı vardı. Heydər Əliyev Hospitala gələrək milli kadr siyasəti ilə bağlı ciddi tapşırıqlar verdi. Xarici ölkələrdən təcili yardım maşınlarının alınmasını təmin etdi. Təsəvvür edirsiniz, o vaxt Bakıda belə müasir təcili yardım maşınları yox idi, amma Ulu Öndər Heydər Əliyev Naxçıvana müasir maşınların gətirilməsinə nail oldu.