03 yanvar 2024 01:40
292

"Azərsığorta"nın Çağrı mərkəzi müraciət qəbulunu müvəqqəti dayandırır

Bu gün dövlətə məxsus "Azərsığorta" ASC şirkətinin Çağrı mərkəzi müraciət qəbulunu müvəqqəti dayandırır.

“İki sahil” xəbər verir ki, buna səbəb şirkətin baş ofisinin yeni məkana köçürülməsi və texniki işlərdir.

Qeyd edək ki, şirkət müştərilərinə 7 yanvar tarixindən etibarən yeni ünvanda (Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küç. 31 xidmət göstərməyə davam edəcək.