Bakının Sabunçu rayonunda Eko-Sənaye Parkı yaradılacaq.
“İki sahil” xəbər verir ki, bu, paytaxtın 2040-cı ilədək inkişafına dair Baş Planında əksini tapıb.
Qeyd olunub ki, göllərin və torpağın ekoloji təmizlənməsi tədbirləri çirklənmiş torpaqların saxlanması, texniki emalı və təmizlənməsi üçün böyük ərazi sahələrinin ayrılmasını şərtləndirəcək. Bundan əlavə, əsas çirklənmə mənbələrinə yaxın sahələrdə fərqli ekoloji təsirləri olan müxtəlif bitkilərin əkini tələb olunacaq.
Bunları nəzərə alaraq, Böyükşor gölünün şimalında “Təmiz şəhər” ərazisinin yaxınlığında Eko-Sənaye Parkının yaradılması təklif olunur. Park eko-sənaye sahəsi üçün vahid mərkəz formalaşdırmağa və bu sahədə fəaliyyət göstərən müxtəlif müəssisələr arasında əlaqələndirməni təmin etməyə imkan verəcək.
Bundan əlavə, Eko-Sənaye Parkı tikinti materiallarının istehsalı və tullantıların təkrar emalı üzrə davamlı, enerji baxımından səmərəli fəaliyyət göstərə biləcək yerli şirkətlərin yerləşdirilməsi üçün də uyğun olacaq.
Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu ilə görüşüb
“AzerGold”un sədri: Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir
Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat mövzusunda konfrans keçirilib