Bakıda köhnəlmiş yaşayış fondunun (70 %-dən çox) ümumi sahəsi 2020-ci illə müqayisədə 2027-ci ilə qədər 37,8 % azaldılaraq 12 milyon 138,4 min kvadrat metrə, 2040-cı ilə qədər 2,3 dəfə azaldılaraq 8 milyon 338,4 min kvadrat metrə çatdırılacaq.
“İki sahil”in xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
2040-cı ilə qədər Bakıda yaşayış fondunun ümumi sahəsi 2020-ci illə (planın hazırlama vaxtı) müqayisədə 64,7 % artırılaraq 47 milyon 737,7 min kvadrat metrdən 78 milyon 615,3 min kvadrat metrə çatdırılacaq. 2027-ci ilə qədər isə paytaxtda yaşayış fondunun ümumi sahəsi 39,2 % artırılaraq 66 milyon 467,1 min kvadrat metr təşkil edəcək.
Baş plana əsasən 2020-ci illə müqayisədə Bakıda çoxmərtəbəli (9 və daha çox) və çoxmənzilli yaşayış binalarının ümumi sahəsi 2027-ci ilə qədər 26,4 % artırılaraq 20 milyon 008,5 min kvadrat metr, 2040-cı ilə qədər 58,6 % artırılaraq 25 milyon 102,7 min kvadrat metr, orta mərtəbəli (5-8 mərtəbəli) və çoxmənzilli yaşayış binalarının ümumi sahəsi 2027-ci ilə qədər 21,1 % artırılaraq 7 milyon 455,9 min kvadrat metr, 2040-cı ilə qədər 68,2 % artırılaraq 10 milyon 349,3 min kvadrat metr, azmərtəbəli (5 mərtəbəyə qədər) və çoxmənzilli yaşayış binalarının ümumi sahəsi 2027-ci ilə qədər 0,6 % artırılaraq 19 milyon 993,9 min kvadrat metr, 2040-cı ilə qədər 2,7 % artırılaraq 20 milyon 406,4 min kvadrat metr olacaq.
Baş plana əsasən paytaxtda mənzilyanı torpaq sahələri olan bloklaşdırılmış yaşayış binaları və həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin ümumi sahəsinin 2027-ci ilə qədər 19 milyon 008,8 min kvadrat metrə, 2040-cı ilə qədər 22 milyon 756,9 min kvadrat metrə çatdırılması nəzərdə tutulur. Bu isə müvafiq olaraq 3,2 dəfə və 3,9 dəfə artım deməkdir.
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
Agentliyin nümayəndələri İspaniyada keçirilən beynəlxalq seminarda iştirak ediblər