12 yanvar 2024 13:53
270

Azərbaycan klubunun rəhbərliyi yerli sahibkarlarla görüşəcək

I Liqada mübarizə aparan "Zaqatala" klubunun və yerli sahibkarların iştirakı ilə görüş baş tutacaq.

Bu barədə “İki sahil”ə Futbolun İnkişaf Fondundan (FİF) məlumat verilib.

Toplantı yanvarın 19-da Bakıda gerçəkləşəcək.

"Bir müddət əvvəl biznes klub layihəsi ilə bağlı paylaşım etmişdik. "Zaqatala” klubu üçün danışıqlar aparırdıq. Ətraflı məlumatı isə tədbirdən sonra paylaşacağıq", - deyə FİF-dən bildirilib.