16 yanvar 2024 08:27
262

Kaja Kallas: Üç ildən sonra Rusiya NATO sərhədlərini təhdid etməyə başlayacaq

“Üç ildən sonra Rusiya Avropa və NATO sərhədlərini təhdid etməyə başlayacaq”

“İki sahil” xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaja Kallas “The Times” qəzetinə müsahibəsində bildirib

O, xəbərdarlıq edib ki, Avropa üç-beş il ərzində NATO-nun şərq cinahında əsas hərbi təhlükə olaraq Kremlin qayıdışına hazırlaşmalıdır:

“Bu proqnoz Ukraynadakı münaqişədə atəşkəs sazişinin imzalandığı ssenariyə əsaslanır. Bu ssenaridə Baltikyanı ölkələr NATO-nun ən həssas hissəsi olaraq qalacaq, ona görə də regionu qorumaq üçün tədbirlər görülməlidir.

Estoniyanın planında Ukraynaya Rusiyaya qarşı mübarizədə kömək təklifləri, o cümlədən Kiyevə kömək etməkdən çəkinməmək tövsiyələri də var”.