26 dekabr 2024 22:28
126

İsrail aviaşirkəti təyyarə qəzası səbəbindən Moskvaya uçuşları dayandırıb

İsrailin “El Al” aviaşirkəti “Rusiya hava məkanındakı hadisələr” səbəbindən Tel-Əvivdən Moskvaya uçuşları növbəti həftə ərzində dayandırmaq qərarını verdiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Kanal 7” şirkətin bəyanatına istinadən məlumat verib.

Daşıyıcı bu qərarı Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinə məxsus Embraer 190 təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından sonra qəbul edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.