Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və İsveçrənin “Egon Zehnder Consulting” şirkəti arasında rəqəmsal transformasiya və innovasiya sahələrində potensial əməkdaşlıqlar araşdırılır.
“İki sahil” xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Davos İqtisadi Forumu çərçivəsində SOCAR prezidenti İsveçrə şirkətinin baş direktoru Maykl Ensser (Michael Ensser) ilə keçirilən görüşdə Dövlət Neft Şirkətinin uzunmüddətli korporativ strategiyaları və biznesin davamlılığı müzakirə olunub.
Bundan başqa, görüşdə rəqabətədavamlı insan kapitalının inkişafı sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub.
In our meeting with Mr. @MichaelEnsser, Chairman of @EgonZehnder Consulting, we highlighted @SOCARofficial's long-term corporate strategies and explored potential collaborations in business sustainability, competitive human capital development, digital transformation, and… pic.twitter.com/96vhDATA8V
— Rovshan Najaf (@RovshanNajaf) January 17, 2024
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb