19 yanvar 2024 12:01
773

"Azəriqaz" mənzil, ev və obyektlərdə aparılacaq texniki müayinələrə başlayıb

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların mənzil, ev və obyektlərində texniki müayinələrə başlayıb.

“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, “Azəriqaz” bu fəaliyyətə bir neçə gündür ki, başlayıb.

“Bu işə xüsusi diqqətimizin əsas və yeganə səbəbi odur ki, bizim abonentlər təhlükəsiz qazdan istifadə etsinlər”, - Eldəniz Vəliyev qeyd edib.

Söbə müdiri onu da əlavə edib ki, əsas məsələ texniki müayinələrin qayda-qanun çərçivəsində həyata keçirilməsidir.

Qeyd etmək lazımdır ki, müayinələrin aparılması üçün “Azəriqaz”ın 2 500-dən çox işçisinə təlimat keçirilib.