22 yanvar 2024 13:25
220

Ukrayna son sutkada Rusiyanın 830 hərbçisinin öldürüldüyünü açıqlayıb

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı ötən sutka ərzində Rusiyanın 830 hərbçisinin öldürüldüyünü açıqlayıb.

“İki sahil” xəbər verir ki, Rusiya hərbçiləri əsasən cənub və şərq istiqamətində gedən döyüşlərdə 68 hərbi toqquşmalar nəticəsində zərərsizləşdiriliblər.

Hazırda əsas döyüşlər Xarkov vilayətinin Kupyansk rayonu, Donetsk vilayətinin Avdeevka şəhəri və Zaporojye vilayəti istiqamətində gedir.