22 yanvar 2024 16:00
1206

Ulu Öndər Heydər Əliyev haqqında kitab İspaniya Milli Kitabxanasının rəsmi portalında

Müasir Azərbaycan dövlətinin qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Madriddə işıq üzü görmüş “Görkəmli şəxsiyyətlərin həyatı — Heydər Əliyev” kitabının elektron versiyası İspaniya Milli Kitabxanasının rəsmi portalına yerləşdirilib.

“İki sahil” xəbər verir ki, Dövlət Tərcümə Mərkəzinin dəstəyi ilə Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında işıq üzü görmüş kitabın ispan dilinə tərcümə müəllifləri tanınmış Salvador dilçi-alimi, professor Sesar Edqardo Martines Flores və ispan dili mütəxəssisi Nərmin Hüseynlidir.

Qeyd edək ki, kitab İspaniyanın Milli Kitabxanası ilə yanaşı, ölkənin 24 mərkəzi kitabxanasına yerləşdirilib.