23 yanvar 2024 12:04
207

Bakıda “BMW”dən pul oğurlandı

Bakıda maşından oğurluq edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 22-nə keçən gecə rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birində “BMW” markalı avtomobildən 2720 manat pul oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Elvin Abbasov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.