29 yanvar 2024 16:08
481

İcma: “Azərbaycana UNESCO missiyası getsin, amma Ermənistana olmaz” yanaşması irqçi mövqedir

Ermənistan Xarici işlər nazirinin müavininin ölkəsinin Qarabağa UNESCO missiyasının göndərilməsi istiqamətində səyləri barədə səsləndirdiyi fikirlər bu ölkənin hələ də Azərbaycanın suverenliyini təhdid etdiyini, ardıcıl mövqeyinin olmadığını göstərir.

“İki sahil” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib. 

Vurğulanıb ki, Ermənistan digər suveren ölkənin daxili işlərinə qarışmamalı, özünə aid olan məsələ ilə məşğul olmalı və bu xüsusda, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin acınacaqlı vəziyyətinin araşdırılması məqsədilə UNESCO missiyasının səfərinə razılıq verməlidir. “Azərbaycana UNESCO missiyası getsin, amma Ermənistana olmaz” yanaşması təkəbbürlü və irqçi mövqedir.