Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin ölkə sənayesinin rəqabət qabiliyyətini və səmərəliliyini artırmaq və yeni layihələri həvəsləndirmək məqsədilə təşkil etdiyi 9-cu Səmərəlilik Layihəsi Mükafat Mərasimində “Petkim” “Məhsulların Qablaşdırma Avadanlığının və Qablaşdırma Keyfiyyətinin Təkmilləşdirilməsi” layihəsi ilə “Effektivlik Layihəsi Mükafatı”na layiq görülüb.
“İki sahil” xəbər verir ki, bu barədə “SOCAR Türkiyə”nin rəsmi “X” səhifəsində paylaşım edilib.
Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçırın iştirakı ilə keçirilən mərasimdə “Petkim”in layiq görüldüyü prosesin təkmilləşdirilməsi nominasiyası üzrə mükafat “SOCAR Türkiyə” Neft Emalı və Neft-Kimya Biznes Bölməsinin rəhbəri (vəzifəsini müvəqqəti icra edən) Kənan Mirzəyevə təqdim edilib.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb