Ermənistan parlamentinin spikeri Alen Simonyan və Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər.
“İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Alen Simonyan bildirib.
“Biz əsasən regional məsələləri, o cümlədən Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsini müzakirə etdik. Bundan başqa, Ermənistan və Çexiya arasında əlaqələrin inkişafı, ticarət dövriyyəsi, eləcə də müxtəlif platformalarda əməkdaşlıq məsələləri barədə danışıqlar apardıq”, - o qeyd edib.
Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB