Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə yanvarın 31-də Gənclər Təşkilatlarının Şəbəkələşmə və İnkişaf Forumu keçirilib.
“İki sahil” xəbər verir ki, əsas məqsəd qrant müsabiqələrinin elan edilməsi olub.
Tədbirdə danışan gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, Azərbaycan gəncliyi dünyaya nümunədir. O deyib ki, bu, özünü ən müxtəlif məqamlarda, o cümlədən dövlət himnini ürəkdən oxumaqda göstərir.
Nazir xatırladıb ki, 2023-cü ildə gənclərlə bağlı müxtəlif tədbirlər keçirilib və bu il də tədbirlərin təşkili nəzərdə tutulub.
Azərbaycan Gənclər Forumunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov isə söyləyib ki, AGF “Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı müsabiqə elan edəcək.
Onun sözlərinə görə, müsabiqə qarşıdakı aylar üçün nəzərdə tutulub: “Düşünürəm ki, atılan bütün addımlar dövlətimizin xeyrinədir”. Q.Xəlilov gəncləri fəal olmağa və müsabiqədə iştirak etməyə çağırıb.
Daha sonra qrant müsabiqəsi ilə bağlı mövzular açıqlanıb.
Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB