“Bizim müşahidə missiyamız Azərbaycan Respublikasında yanvar ayının 17-dən etibarən işə başlayıb. Burada uzunmüddətli müşahidəçilərimiz çalışır. Uzunmüddətli müşahidə missiyası olaraq artıq Azərbaycanın 20-dən çox rayonunda səfərdə olmuşuq və seçki mühiti ilə bağlı yaxından müşahidə aparmışıq”.
“İki sahil” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Kozyak deyib.
Y.Kozyak bildirib ki, aparılan müşahidələr səsvermə gününə hazırlıq prosesinin yüksək səviyyədə olduğunu deməyə əsas verir: “Bu günə qədər apardığımız müşahidələrə əsasən 7 fevralda Azərbaycanda prezident seçkilərinin yüksək səviyyədə keçiriləcəyini deyə bilərik. Bizim 170-ə yaxın uzunmüddətli müşahidəçimiz fevralın 7-də bir çox regionlarda olacaq və seçki prosesini yaxından izləyəcəklər. Onu da vurğulamaq istərdim ki, bu, MDB müşahidə missiyasının Azərbaycana artıq 11-ci gəlişidir”.
Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB