2023-cü ildə Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 239 icarə müqaviləsi bağlanılıb ki, bunlardan 228-i qeyri-yaşayış, 11-i isə torpaq sahələri üzrə olub.
“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, 2022-ci illə müqayisədə icarə müqavilələrinin sayı 73,2 % artıb.
Ötən il Naxçıvanda həmçinin sahibkarlara 74 lisenziya verilib. İş adamları lisenziyaları “ASAN xidmət” vasitəsilə alıb. Lisenziyalardan dövlət büdcəsinə 76 min manatdan çox vəsait daxil olub.
Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur
Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılış mərasimi keçirilir
Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub
Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb - Mikayıl Cabbarov