Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova saxta erməni rəvayətlərinə əsaslanaraq məsələləri şərh etməsəydi daha yaxşı olardı.
“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə paylaşım edib.
O bildirib ki, Çexiya parlamentinin Deputatlar Palatasının sədri Ermənistanın öz konstitusiyasında və qanunvericiliyində qonşularına qarşı ərazi iddialarını nə vaxt aradan qaldıracağını soruşmalı idi.
Xatırladaq ki, Marketa Pekarova Adamova Ermənistana səfər edib, Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüb.
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ başlayır
Prezident İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO