Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq üçün gömrük rüsumu və aksiz güzəştinin müddəti daha 1 il uzadılıb.
“İki sahil” xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” və “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
Beləliklə, reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın 15 faiz idxal gömrük rüsumundan azad edilməsi müddəti 31.12.2024-cü il tarixinədək uzadılıb. Həmin müddətək adsiz dərəcəsi isə yenə 1 ton üçün 1 manat olacaq.
Hər iki qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur
Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılış mərasimi keçirilir
Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub
Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb - Mikayıl Cabbarov